Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi cümə axşamı səhər Yəmən silahlı qüvvələrinin Sionist rejimi və ABŞ-nin mümkün təcavüzünə qarşı durmaq üçün Qırmızı dənizdə təlimlər keçirdiyini açıqladı.
Bu xəbəri X sosial şəbəkəsindəki şəxsi səhifəsində açıqlayan əl-Husi yazıb ki, ölkə İsrail və ABŞ ilə qarşıdurmanın növbəti mərhələsinə hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı-Amerika təcavüzünə qarşı durmaq məqsədi ilə Qırmızı dənizdə yeni təlimlər keçirir.
O əlavə edib ki, İsrail və ABŞ ilə qarşılaşmağa hazırlaşmaqla yanaşı, təlimin digər məqsədləri də Yəmən xalqının mühasirəsini yarmaqdır.
Sizin rəyiniz