Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sankt-Peterburqda keçirilən İkinci Beynəlxalq Dini Sammitdə İran İslam Respublikasından nümayəndə heyəti də daxil olmaqla, bir sıra dini və diplomatik lider və şəxsiyyətlər iştirak edib. Sammitdə din alimlərinin zülm və təcavüz hallarına qarşı birliyə çağırışı səsləndirilib.
İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali və İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Höccətül-islam vəl-müslimin Həmid Şəhriyari sammitdə çıxış edərək ölkəmizin mövqeyini bildiriblər.
İranın Rusiyadakı səfiri, həmçinin İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmməd Mehdi İmanipurun sammitə ünvanladığı müraciətin bir hissəsini oxuyub və müraciətin əsl nüsxəsini Sankt-Peterburq Müsəlmanlarının Dini İdarəsinin rəhbərinə təqdim edib.
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi bildirib: ABŞ bir həftə ərzində İranı diz çökdürmək və ona hakim olmaq niyyətində idi. Bu səbəbdən bizim Rəhbərimizi şəhid etdi, alimlərimizi, komandirlərimizi və əsgərlərimizi terror etdi.
O qeyd edib: Bu xülyanın puç olduğu məlum oldu və bunun yalnız qəflət yuxusu olduğu üzə çıxdı. Çünki İran xalqı xiyabanlara çıxmaqla, əsgərlərimiz döyüş meydanında fədakarlıq göstərməklə, dövlət rəsmilərimiz isə diplomatiya meydanında fəaliyyətlərilə ABŞ və onun müttəfiqlərinə ağır dərs verdilər.
Şəhriyari deyib: Allah bizə yardımçı oldu və Xameneinin adı İranda yaşamaqda davam etdi. Belə ki, şəhid Rəhbərin oğlu Ayətullah Seyid Müctəba Xamenei Müqavimət oxunun rəhbəri oldu.
Məlumata görə, sammitdə Rusiya və dünyanın müxtəlif ölkələrindən bir sıra dini, siyasi, elmi və ictimai lider və şəxsiyyətlər iştirak ediblər.
Tədbirdə iştirak edənlər arasında Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionunun Müsəlmanlarının Dini İdarəsinin müftisi və rəhbəri, həmçinin sammitin əsas təşkilatçılarından biri Ravil Həzrət Pançiyev, eləcə də Rusiya Müsəlmanlarının Dini Məclisinin rəhbəri Alber Həzrət Kərqanov olub.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Beliski, Rusiya Prezidentinin Daxili Siyasət İdarəsində Dini Təşkilatlarla Qarşılıqlı Əlaqələr İdarəsinin rəhbəri Yevgeni Yermin və Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev də mərasimdə iştirak edən digər rusiyalı rəsmilər olublar.
Sizin rəyiniz