Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Şeyx Cavid Məmmədov bu gün saxlanıldığı ümumi cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.
Şeyx Cavid Məmmədov həbs müddətindən vaxtından əvvəl azad olunması üçün saxlandığı cəzaçəkmə müəssisəsindən məhkəməyə müraciət edib.
Məhkəmə onun azad edilməsinə etiraz etməyib.
İlahiyyatçı Cavid Məmmədov 20 oktyabr 2012-ci ildə həbs olunub. İlahiyyatçı həbs olunarkən qanunsuz silah və dini ədəbiyyat saxlamaqda, aksiya təşkil etməkdə ittiham olunurdu. Məhkəmə ilahiyyatçı barədə 1 il həbs cəzası təyin edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır