14 iyun 2013 - 19:30
İİR-ın yeni prezidenti Höccətül İslam Həsən Ruhani seçildi

İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, Höccətül İslam Həsən Ruhani 18 613 329 səslə (50.07 faiz) qalib gəlib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasında möhtəşəm keçirilən prezident sçkilərində Höccətül İslam Doktor Həsən Ruhani səs çoxluğu ilə, prezident seçildi.

İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, Höccətül İslam Həsən Ruhani 18 613 329 səslə (50.07 faiz) qalib gəlib.

Qeyd edək ki, Höccətül İslam Doktor Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub.

Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır