Qeyd edək ki, bu günə kimi bu barədə xristian Gürcüstan dövlətindən isə heç bir səs çıxmayıb. Lakin burada bir mühüm və dolğun sual qafqazlı insanın zehnini özünə məşğul edib və o budur: “Vatikanın irsini qorumağa milyonlarla avro ayıran, İtaliya futbol klublarına sponsurluq edən, İsrail uşaq qatili rejimin futbol komandasının sponsurluğunu öhdəsinə alan və onlarla xarici xristian dövlətlərində kilsə və sinaqoqlar tikdirən və bərpa edən əliyevlər sülalə rejimi bəs nədən qonşu Gürcüstandakı Məscidlərin bərpasına bir qara qəpik də belə ayırmır???”

1 oktyabr 2026 - 14:12

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Gürcüstanın Acarıstan dağlarında 50-dən çox tarixi taxtadan tikilmiş məscid hələ də bölgədə müsəlmanların mövcudluğunun xatirəsini qoruyur; 200 ildən çox yaşı olan bu Məscidlər, lakin bu gün dağılma və yanğın təhlükəsi ilə üzləşiblər. Təkcə son bir ildə bölgədəki iki tarixi Məscid məhv olub.

Gürcüstanın Cənub-qərbində yerləşən Acarıstan bölgəsinin tarixi taxta məscidləri, unikal memarlığa malik olsalar da, son illərdə dağılma və bərpa üçün vəsait çatışmazlığı ilə üzləşiblər. Yerli fəallar xəbərdarlıq edirlər ki, laqeydlik bölgənin İslam irsinin bir hissəsini əbədi olaraq məhv edə bilər.

Acarıstan dağlıq ərazilərində 50-dən çox tarixi taxta məscid var ki, onlardan bəziləri 1817-1926-cı illərə aiddir. Bu məscidlər bölgənin meşələrindən götürülmüş ağacdan tikilib və onların memarlığı ənənəvi Acarıstan evlərindən təsirlənib; lakin, onlardan bir çoxu hazırda ya təcili bərpaya ehtiyac duyur, ya da tamamilə baxımsızlıq vəziyyətindədir.

“Qorcomi” bu tarixi irsin nümunələrindən biridir və burada aşınma və yırtılma əlamətləri aydın görünür. “Liya Dekanadze” Məscidin vəziyyətinə toxunaraq deyir ki, “narahatlığım budur ki, Məscidin gözümün önündə viran olaraq yox olmasının şahidi olum. Keçən il Acarıstanda iki taxta Məscid yanğın nəticəsində dağılaraq aradan gedib və elektrik sisteminin nasazlığı mümkün səbəb kimi irəli sürülüb.”

Yerli fəallar həmçinin iqtisadi çətinliklərin və kənd miqrasiyasının yerli icmaların bu binaları saxlamaq qabiliyyətini azaltdığına inanırlar. “Həmrəylik Cəmiyyəti” qrupu əvvəllər İslam irsi yerlərinin xəritəsini hazırlayaraq və onların vəziyyətini araşdıraraq hakimiyyət orqanlarının diqqətini bu Məscidlərə cəlb etməyə çalışıb; lakin QHT-nin fəaliyyəti siyasi hadisələr və maliyyə məhdudiyyətləri səbəbindən dayandırılıb.

Əhalinin təxminən üçdə birinin müsəlman olduğu Acarıstan Gürcüstanın İslam irsinin mühüm bir hissəsinə ev sahibliyi edir.

Fəallar vurğulayırlar ki, bu Məscidlər yalnız ibadət yerləri deyil, həm də keçmişdə ictimai toplantı və sosial qərar qəbuletmə yerləri olub; Buna görə də, onlar onların qorunmasını Gürcüstanın tarixini və mədəni irsini qorumağın bir hissəsi kimi görürlər.

Qeyd edək ki, bu günə kimi bu barədə xristian Gürcüstan dövlətindən isə heç bir səs çıxmayıb. Lakin burada bir mühüm və dolğun sual qafqazlı insanın zehnini özünə məşğul edib və o budur: “Vatikanın irsini qorumağa milyonlarla avro ayıran, İtaliya futbol klublarına sponsurluq edən, İsrail uşaq qatili rejimin futbol komandasının sponsurluğunu öhdəsinə alan və onlarla xarici xristian dövlətlərində kilsə və sinaqoqlar tikdirən və bərpa edən əliyevlər sülalə rejimi bəs nədən qonşu Gürcüstandakı Məscidlərin bərpasına bir qara qəpik də belə ayırmır???”

Sizin rəyiniz

You are replying to: .
captcha