29 may 2013 - 12:40
Genera Vəhidi: Bu iddialar, yalnız terrorçuların silahlandırmasına örtük təşkil etmək məqsədini daşıyır

Vəhidi, Suriyada iranlı qüvvələrin olduğuyla bağlı qarşıya qoyulan əsassız iddiaları təkzib edərək, bu iddiaların məhz avropalılar tərəfindən Suriyadakı terrorçu qrupları silahla təmin etmək məsələsini ört-bastır etmək məqsədilə olduğunu bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İSlam Respublikasının Müdafiə Naziri General Əhməd Vəhidi, bu gün verdiyi açıqlamada bildirib: “Suriyaya terrorist göndərən və bu terroristləri silahlandıran tərəflər, öz qeyri qanuni hərəkətlərini ört-basdır etmək məqsədiylə 'İran İslam Respublikası Suriyaya qüvvə göndərir' kimi əsassız iddiaları irəli sürürlər”.

Fransa və İngiltərənin təzyiqləri ilə, Avropa Birliyinin son olaraq Suriyadakı terror qruplarına silah embarqosunu qaldırma qərarına işarə edən General Vəhidi, Suriya xalqı düşmənlərinin Suriyada günahsız insanları öldürmək, infrastruktur və hər şeyi alt-üst etmək səylərini deşifrə etdiyinin vurğuladı.

İran İslam Respublikası tərəfindən hər hansı bir hücuma məruz qalacağı təqdirdə ABŞ konqresinin israil rejimini dəstəkləyəcəki ilə bağlı qəbul etdiyi qərar haqqında danışan cənab Vəhidi bildirib: “İran İslam Respublikası baxımından bu qərar heç bir əhəmiyyət kəsb etmir. ABŞ onsuz da, qondarma israil rejimini hər hansı şəkildə və şəraitdə dəstəkləyir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır