19 aprel 2013 - 19:30
İİR-da hərbi sahədə 3 layihənin təqdimatı olub

Yeni işlənib hazırlanan qurğular arasında 4 raket daşıması nəzərdə tutulan “Sahil” də var. Bu sistem minimal vaxt ərzində yüksək məhvedici imkana malikdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Sənaye Tədqiqatı və Özünütəminata Görə Cihad Təşkilatının Rəhbəri General Səid Məsud Reza Zavarei bildirib: “İran İslam Respublikasında hərbi sahədə 3 layihənin təqdimatı keçirilib”.

O deyib ki, bağlı məkanda 200 m, açıq havada isə 500 m uzaqlıqda eyni vaxtda 6 nəfərin danışa biləcəyi simsiz rabitə qurğusunun yeni modeli yaradılıb. Sözügedən model cərəyana qoşulmadan 10 saat batareya ilə işləyə bilir. Qurğu fövqəladə hallarda, o cümlədən, zəlzələ, toz qasırğası, rütubətin artması kimi hallarda istifadə üçün nəzərdə tutulub.

Yeni işlənib hazırlanan qurğular arasında 4 raket daşıması nəzərdə tutulan “Sahil” də var. Bu sistem minimal vaxt ərzində yüksək məhvedici imkana malikdir. “Sahil” sistemi düşmənin hava hücumlarından qorunmaq üçün nəzərdə tutulub.

Yeni "T-72" tank tənzimləyicisinin təqdimatı da keçirilib. Bu tənzimləyici eyni vaxtda üç hərbçinin təlimi üçün hazırlanıb. Təlim maksimal döyüş şərtlərinə uyğunlaşdırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır