Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çıxış edib. O, çıxışında “İran İslam Respublikası Qarabağ probleminin həll edilməsi üçün bütün imkanlarından istifadə etməyə hazırdır”- deyə bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikasının əsas siyasəti regional böhranlar və gərginliklərin həll edilməsinə yardımçı olmaqdır: “Qarabağ probleminin Azərbaycan və Ermənistan arasında uzlaşma yolu ilə həll edilməsi lazımdır. İstənilən vəziyyətdə İran İslam Respublikası bu məsələdə yardımçı olmağa hazırdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır