Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Lorestan əyalətində dünyanın ən böyük beton bəndinin tikintisinə başlanılıb.
Məlumata görə, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədi Nejad səhər saatlarında Lorestan əyalətinə gələrək tikintinin başlanması mərasimində iştirak edib.
"Bakhtiari Dam"adını alan bənd dünyada betondan tikilən ən böyük bəndi olacaq və Hərəmabad şəhərindən 80 km cənub-şərqdə Zaqros dağlarında yerləşəcək.
Bəndin hündürlüyünün 325 metr, uzunluğunun isə 509 metr olacağı planlaşdırılır.
İlkin planlara görə, 6 turbindən ibarət olacaq bəndin 250 meqavat gücü olacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır