4 oktyabr 2012 - 20:30

Braziliyanın prezidenti İran İslam Respublikası nüvə təsisatına hər hansı bir hərbi hücumla müxalif olduğunu bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Braziliyanın prezidenti Dilma Rosef bir daha İran İslam Respublikası nüvə təsisatına hər hansı bir hərbi hücumla müxalif olduğunu elan və onun acınacaqlı nəticələri barədə xəbərdarlıq edib.

Bu məlumata görə Dilma Rosef Cənubi Amerika və Ərəb ölkələrinin dövlət başçılarının 3-cü iclasında deyib: Bu mövqeyə əl atmaq təkcə region üçün deyil, ondan da geniş məntəqələrə acı nəticələr verə bilər.

Rosef deyib: “Biz İİR əleyhinə hər hansı bir birtərəfli hərbi təzyiqlərdən nigaranıq. İrana hücum BMT prinsiplərinin pozulması deməkdir və Yaxın Şərq üçün pis nəticələr verəcək.

İşğalçı israil rejiminin Vaşinqtondan İran İslam Respublikası əleyhinə hərbi hücum haqda razılıq alması istiqamətində gərgin səylərinə rəğmən, Ağ Ev elan edib ki, hələ Tehranın nüvə proqramı barədə diplomatik fürsəti yoxdur.

Amerika, İşğalçı israil və onların müttəfiqləri İran İslam Respublikasının nüvə fəaliyyətində hərbi yayınmalar olduğunu iddia dərək nüvə silahı istehsal etməsində ittihamlandırırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır