Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nigeriya Dövlətinin Həcc Komitəsi rəsmi bəyanat yayaraq Səudi Ərəbistan rejiminin 1000 Nigeriyalı xanımları Həcc ziyarətinə buraxmayıb onları geri göndərdiyinə kəskin etiraz etmişdir.
Nigeriya Dövləti Ərəbistan rejiminin bu qeyriəxlaqi rəftarlarına cavab olaraq, bu ilki Həcc Ziyartinə ölkəsindən heç bir kəsin getməyəcəyini elan etmişdir.
Nigeriyanın Riyaddakı rəsmi Səfiri bu haqqda bildirib: “Nigeriyanın Dövlət Məsulları Səudi Ərəbistan tərəfindən ölkəmizin 1000 xanımının Həcc Ziyarətindən məhrum etməsinə cavab olaraq bu ilki Həcc Ziyarətin baykot etmişlər.”
Cənab Səfir daha sonra bildirmişdir: “Bu səbəbdən də Nigeriyadan Ərəbistana olan bütün uçuşlar hələlik ləğv edilib”.
Qeyd edək ki, Səudi Ərəbistan rejiminin bu və ya digər ləyaqətsiz rəftarlarına qarşı digər İslamçı Hərəkatlar, Təşkilatlar və sair Müsəlman Ölkələri kəskin etirazlar etmiş və bildirmişlər: “Səudi Ərəbistan rejimi bütün Müsəlmanlara aidiyyatı olan Həcc Mərasimindən yalnız öz məqsədləri uğrunda suiistifadə etməməlidir. Kəbə və Məscidun-Nəbi (səlləllahu əleyhi və alih) səudilərin şəxsi mülki deyildir.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır