26 sentyabr 2012 - 20:30

95% müsəlman olan ölkədə İslam Partiyasının fəaliyyəti müsəlmanlar üçün hər şeydən vacibdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının 20 illiyi qeyd olunur. Bu illər ərzində AİP siyasəti İslam meyarları ilə uzlaşdıran yeganə bir partiya olaraq Millətinə və torpaqlarının ərazi bütövlüyünə əbəssiz xidmətlər göstərmişdir.

Bu baxımdan İslam Partiyasının rəsmi saytı olan “islaminsesi.az” saytının müxbiri növbəti müsahibəsini Mübariz Ruhanilər Cəmiyyətinin sədri Tohid İbrahimbəyli ilə aparmışdir.

Müsahibəni ziyarətçilərimizə təqdim edirik.

-Keçmişdə Azərbaycanda din alimləri yaşamışlar. Onlar siyasi İslam təfəkkürl, ictimaiyətci kimi tanınmış və bu ittihamlarla təqib olunmuşlar. Sizə elə gəlmir ki, bu siyasi islamın bu gün deyil əvvəldən Azərbaycanda mövcud olması deməkdir ?

Azərbaycan tarixini düzgün mütaliə edən şəxslər bunu yaxşı bilirlər ki, keçmiş 100 il ərzində ölkəmizdə yüzlərlə müctehid və din alimi dini etiqadlarına əsasən öz zəmanələrinin zülmünü görüb və o zülmlərə etiraz etdikləri üçün hakimiyyət tərəfindən şəhid olunub, xəzər dənizində öldürülüb və yüzlərlə alim də Sibir kimi yerlərə sürgün olunublar. Onların bu hərəkətləri bizlərə sübut edir ki, Azərbaycanda dini əsl islamçılar siyasətdən ayırmayıblar, bəlkə əksinə islam dinini siyasət və qanun dini adlandırıblar. Biz dini təlimatlara da , Qurani Kərimə də müraciət etsək görərik ki, islam dini bizim üçün ictimai və siyasi dindir. Bundan nəticə almaq olar ki, təkcə Azərbaycanda deyil, bütün dünyada hər müsəlmanın vəzifəsidir ki, sağlam siyasi fəaliyyətlərlə məşğul olsun və yaxud o kəslər ki, bu vəzifəni islamçılar tərəfindən boyunlarına götürüblər onlara dəstək olsunlar.

-Qərb ölkələrində inanclı xristianların “Xristian-Demokrat Partiyası” kimi siyasi təşkilatları fəaliyyət göstərir. Ölkəmizdə də “İslam” adı ilə qanunvericilik çərçivəsində, demokratik ənənələrə uyğun partiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?

95% müsəlman olan ölkədə bu növ partiyaların fəaliyyəti müsəlmanlar üçün hər şeydən vacibdir. Bu gün biz islamçıların siyasi tribunlara çox ehtiyacımız var ki, sivil və siyasi yollarla öz huqularımızın müdafiəsinə qalxaq.

-Cəmiyyətdə, o cümlədən də dindarların içərisində belə bir fikir yaranıb ki, Möhsüm Səmədovun həbsindən sonra AİP-də əvvəlki ab-hava qalmayıb. Sizcə bu belədirmi ?

Siz buna əmin olun ki, hacı Mövsümdən sonra partiyaya olan təzyiqlər və həbslər, şərlənmələr, kampaniyalar, təhdidlər hansı bir ayrı partiyaya olsaydı indi o partiyadan əsər- əlamət qalmamışdır. Bu partiyanı Allah qoruyur öna görə ki, bu partiyanı pak insanlar pak niyyətləri ilə islam və vətənimizin müstəqillik uğrunda təşkil ediblər.

-İslam Partiyası fəaliyyətini izləyən bir islamçı kimi necə düşünürsünüz, İslam Partiyası İslamda siyasət, yoxsa siyasətdə İslam prinsipi ilə çıxış edir?

İslam partiyasının fəaliyyətləri dedikdə əgər atılan addımlar və edilən çıxışlar , təşkil olunmuş sərgilər və yığıncaqlar , aksiyalar və konfranslar nəzərə tutulursa bütün bu addımlar islam siyasətini təbliğ etmək uğrunda atılıb və bu yolda da repressialara, həbslərə məruz qalıb və hətta şəhidlər də veriblər.

-AİP-ə nə tövsiyə edir, nə arzulayırsınız?

AİP- bu gün orda məsüliyyətdə olan şəxslərin əlində əmanətdir. Bu yolda çoxlu zəhmətlər çəkilib, bu əmanətə xəyanət etmək bağişlanmaz günah və xəyanət sayılar. Bu partiya Azərbaycan islam hərəkatının ilk rəhbəri mərhum mucahid hacı Əlikramın Azərbaycan islamçıları üçün qoyduğu əmanətdir. Gərək bu partiyanı yalnız islam, vətən, müstəqilliyimiz uğrunda sağlam fikirli insanlarin əli ilə idarə etsinlər və bu yolda Allaha təvəkkül və 14 məsuma təvəssül etməyi unutmasınlar. Hacı Mövsümün ixlasi və 14 Məsuma təvəssülü olduğu üçün onun bir çıxışı bütün zalımları lərzəyə saldı, ölkəmizdə yeni bir hərəkata start verildi. Arzum budur ki, inşallah tezliklə hacı Mövsüm qardaımız həbsdən azad edilsin və partiyada olan vəhdət daha da güclənsin. Bu dəyərli partiya inşallah Azərbaycan islamçılarının Allah və 14 məsumdan sonra ən böyük dayaq və ümüd nöqtəsinə çevrilsin Amin. Amma bunu da unutmaq lazim deyil ki, partiyanı hədəfə alan düşmənlər çoxdurlar. Partiyanı gözdən və nüfuzdan salmaq istəyənlər bəs qədərdir. Bu qüvvənin başında İsrail rejimi dayanır, şeytan dayanır. Ona görə də möhkəm, ayıq, müdrik və imanlı olmaq lazımdır.

Vəsəllamu əleykum və rəhmətullahi və bərəkatuh.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır