24 avqust 2012 - 19:30

Akif Nağı: “AİP-in qeydiyyata alınmaması əsas deyil, əsas olan insanların öz ideallarına sədaqəti və fədakarlığıdır. Çünki bu adamlar İmam Hüseyn məktəbindən ilham alrlar”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən yaxın günlərdə Yeni azərbaycan Tarixində dərin izlərə malikolan Azərbaycan İslam Partiyasının 20 illiy yubileyidir. Bununla əlaqədar islamisesi.az saytı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdan müsahibə alıb.

Müsaibəni təqdim edirik:

-İslam Partiyası fəaliyyətini izləyən bir siyasətçi kimi necə düşünürsünüz İslam Partiyası İslamda siyasət yoxsa siyasətdə İslam prinsipi ilə çıxış edir?

Başqa bir partiyanın fəaliyyətinə qiymət vermək cətindir. Qoyduğunuz sual da cətindi, buna birmənalı cavab vermək cətindi.Məncə, Azərbacan İslam Partiyası daha çox siyasətdə İslam prinsipi ilə hərəkət etməyə, İslami dəyərləri siyasətə gətirməyə çalışır. Bunu pis niyyətlə deyil, siyasəti saflaşdırmaq məqsədi ilə etdiyini düşünürəm.

-Azərbaycan İslam Partiyası 20-ildir ki, basqı və təzyiqlərə, həbslərə, baxmayaraq fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə sözünü deyir. Buna baxmayaraq islamçıların rəsmi qeydiyyat cəhdləri müsbət cavablandırılmır. Siyasi əqidəsindən dönməyən bu insanları necə qiymətləndirir, nəticəsini necə görürsünüz?

Bu insanların böyük əksəriyyətini fədakar vətəndaşlar kimi tanıyıram. Qeydiyyat əsas deyil, əsas olan insanların öz ideallarına sədaqəti və fədakarlığıdır. Çünki bu adamlar İmam Hüseyn məktəbindən ilham alrlar.

-Rəhbərlik etdiyiniz partiyanın islamçılarla hər hansı ittifaq, sıx əməkdaşlıq perspektivini görürsünüzmü?

Biz İslam partiyası ilə həmişə əməkdaşlıq etmişik.İslamçıları həmişə öz sözünə əməl edən, verdiyi sözün üstündə duran görmüşük. İslam partiyasının bir çox üzvləri Qarabağ müharibəsində fəal iştirak ediblər. ,əhid olanlar da var. Müharibədə iştirak edənlər bu gün də Qarabağ uğrunda mübarizələrini davam etdirirlər və bizimlə bir yerdədirlər.

-Son illər din və vicdan azadlığı sahəsində ciddi problemlər yaşanmaqdadır. Aktiv dindarlar narkotika, silah ittihamıyla həbs edilir, təqiblər içində yaşayır. Bunun başlıca səbəbini nədə görürsünüz?

Təkcə dindarlara qarşı deyil, bir çox mübariz insanlara qarşı təqib və təzyiqlər var. Hakimiyyət özünü qorumağa çalışır. Ona görə də hər cür metodlara əl atır. Amma hər mübarizədə də muəyyən oyun qaydaları var. Bu qaydalara əməl olunmalıdır.

Elşən Cəfəri

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır