24 avqust 2012 - 19:30

Səfərdən məqsəd ikitərəfli parlament əlaqələri üzrə məsləhətləşmələrin və danışıqların aparılmasıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının İslam Şurası Məəclisinin (Parlamentinin) Milli təhlükəsizlik Komissiyasının rəhbəri Əlaətdin Brucverdi bu gün Dəməşqə gedib.

Səfərdən məqsəd ikitərəfli parlament əlaqələri üzrə məsləhətləşmələrin və danışıqların aparılmasıdır.

İkigünlük səfər çərçivəsində Əlaətdin Brucverdinin Suriya Milli Şurasının (Parlamenti) sədri Məhəmməd Cihad əl-Ləham, həmçinin, parlamentin müxtəlif komissiyalarının rəhbərləri ilə görüşlər planlaşdırılıb. Yekunda mətbuat konfransı keçiriləcək.

Bildirək ki, İran İslam Respublikasının İslam Şurası Məəclisinin (Parlamentinin) Milli təhlükəsizlik komissiyasının rəhbəri sonuncu dəfə 2010-cu il iyunun 5-də Suriyaya səfər edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır