Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ötən il İran İslam Respublikasında saxta sənəd və bank fırıldaqları yolu ilə külli miqdarda pul əldə etmiş 39 şəxsə hökm oxunub.
2 milyard dollardan çox pulu müxtəlif variantlarla mənimsəyən mütəşəkkil dəstə başçılarına ağır hökm cəzası çıxarılıb.
Bu haqda məlumatı İran İslam Respublikası Məhkəmə Sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Ejei verib.
Onun sözlərinə görə, korrupsioner dəstənin başında duran 4 nəfərə ölüm hökmü, 2 nəfərə ömürlük, bəzilərinə 20-25 il, yerdə qalanlarına isə 10 il və 10 ildən aşağı həbs cəzası təyin olunub. Bundan əlavə, onların əksəriyyətinin bütün varidatı müsadirə olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır