Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Samux rayonuna səfər edən dindarların, adı cəkilən rayondan şikayətləri səngimək bilmir. Belə ki, bu şikayətlərin əksəriyyəti orada dini ayinlərlə bağlı problemlərin yaşanması olub. Bu problemlər bir çox internet resuslarında yayımlandığından, biz bu problemlərin həllinə ümid edib saytımıza ünvanlanan bu şikayətləri işıqlandırmırdıq. Amma bizim bu humanistliyi pozmağımız oxucularımızın haqlı narazılığına səbəb olub. Elə bu səbəbdən bizə gələn bu şikayətləri cəmləyib bu barədə bir xəbər hazırlamağı mövcud vəziyyətdən çıxış yolu sandıq.
Nə qədər təəccüblü və eyni zamanda inandırıcı olmasa da gələn şikayətlərə əsasən Samux rayonunda bir dənə də olsun məscid yoxdur. Bəli düz oxuduz, hətta Samuxun kəndlərində belə ibadətgah tapmaq mümkün deyil. Və şikayətçilərin bildirdiyinə görə həmin rayonun Ziyadlı kəndindəki məscid yerli sakin tərəfindən özəlləşdirililərək un dəyirmanı kimi istifadə olunur. Rayonun mərkəzindəki Imam Hüseyn (ə) adına olan məscid və onun ərazisi isə başqa bir vətəndaşa satılaraq özəlləşdirilib. Samuxdakı məscid konstitusiyaya əsasən tarixi abidə olaraq mədəniyyət və turizm nazirliyindən qeydiyyata alınsa da İndi həmin qədimi məscid təhqir olunaraq "ev sahibi" tərəfindən toyuq-cücə damı kimi istifadə olunur. Dəfələrlə sakinlər tərəfindən, bu məscidin ev sahibindən geri qaytarılması istənilsə də amma samux RİH-in bu məsələyə laqeyd yanaşıldığı bildirilir. Məscidi qəsb edən həmin şəxs isə məscidi və onun ərazisini, yalnız ona dövlətin verəcəyi yeni bir ev müqabilində tərk edəcəyini bildirib. Bununla belə adı çəkilən rayonda dövlət tərəfindən yeni məscid binası da inşa olunmayıb.
Aldığımız məlumatlara əsasən yuxarıda qeyd olunan məscidin hər ikisi də tarixi abidədir . Ziyadlı kəndindəki qədim məscidin tarixini dəqiq öyrənə bilməsək də, aldığımız məlumatlara görə rayondakı məscidin 18-ci əsrə aid olduğu bildirilir. Həmçinin Samux RİH-in "Gələcək planlar" adlı siyahısında, rayonda məscidin tikilməsi nəzərdə tutulmayıb.
Şikayətçilərin bildirdiklərinə əsasən, rayon sakinləri dəfələrlə rayon icra başcısına, prezident aparatına və Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyevaya şikayət ərizəsi yazsalar da heç bir faydası olmayıb. Belə ki, adı çəkilən dövlət qurumlarından Samux RİH-ə bu şikayətlərə baxması tapşırılsa da, iki ildən çoxdur ki, problem olduğu kimi qalmaqdadır.
Rayon sakinləri bununla bağlı Qafqaz müsəlmanları idarəsinə şikayət ərizəsi yazsalar da cavab olaraq onlara deyilib ki, din dövlətdən ayrı olduğundan, dövlət tərəfindən məscidlərin inşası üçün QMİ-ə heç bir vəsait ayrılmır. Və QMİ Azərbaycanda olan 18 ədəd mədrəsəyə güclə pul çatdırır ki, Bu pullar isə ziyarətgahlardan "nəzir" hesabına yığılır.
Samux dindarlarından birinə belə sual verdik ki, "bəs Samux dindarları harada ibadət edir və üzümüzə gələn qədr gecələrini harada keçirəcəklər? " Cavab gəldi ki, evini 3 gecəlik ehsan edən axtarırlar və ya bu ərəfələrdə bir nəfər dünyasını dəyişərsə onun magarında ehya gecəsi keçirməyi düşünürlər. Bu cavabdan şoka düşüb heyrətlə dedik ki, doğurdanmı? Cavabımızda dedilər, bəli, keçən il qədr gecəsini bu cür keçirmişik. Nə qədər faciəvi olsa da Samux rayonunda vəziyyət bu cür acınacaqlı olaraq qalmaqdadır.
PS: Şuşa məscidi qaniçən ermənilərin əlindədir deyə orda heyvan saxlanır-Samux kimin əlindədir? Samux rayonu erməni işğalındadır?
Linkə baxın: http://www.youtube.com/watch?v=y7Uf_ZgcHY0
Sizinyol.com bu problemlə bağlı Samux rayonu icra hakimiyyətinin mövqeyini də dərc etməyə hazırıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır