Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən hazırda Fransada 2200 məscid mövcuddur. Onların əksəriyyəti ticarət yerlərində, müxtəlif binaların birinci mərtəbələrində namaz qılmaq üçün ayrılan ərazidə məscid kimi fəaliyyət göstərir. Həmin yerlərdə yalnız məhdud sayda adamın ibadət etməsi üçün şərait var.
Məscid üçün ayrılmış yerlərin hər birinin ümumi sahəsi 100 kvadratmetrdən artıqdır. Ümumi qaydaya görə, Fransada namaz qılan iki nəfərə bir kvadratmetr sahə düşür. Hazırda ölkədə fəaliyyət göstərən məscidlərin ümumi sahəsi 300 min kvadratmetrə yaxındır. Fransada istər sahəsinə, istərsə də namaz qılanların sayına görə ən böyük məscid Parisin V rayonunda yerləşən Böyük Məscid hesab olunur. Yeganə minarəli bu məscid 1924-cü ildə Əlcəzair hökuməti tərəfindən ayrılmış vəsaitin hesabına tikilib.
Son 20 ildə müsəlmanların Fransaya güclü axını məscidlərə olan tələbatını artırıb. Hazırda ölkənin müxtəlif regionlarında yeni 200 məscid tikilir. Onların tikintisi üçün vəsaitin bir hissəsi müsəlman dövlətlərin, onların liderlərinin hədiyyələri, digər qismi isə məscidi ziyarət edənlərdən yığılan nəzirlərin hesabına toplanır.
P.S. Qeyd ətmək lazımdır ki, Əliyevlər Qərbin pis əməllərinin əvəzinə müsbət addımların təqlid etsələr daha məqsədə uyğun olardı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır