12 iyul 2012 - 19:30

Ali-Xəlifə rejiminə qarşı aksiyalarda təhlükəsizlik qüvvələri ən azı 8 aksiyaçını yaralayıblar.

Müxbirimizin məlumatına görə, Ali-Xəlifə rejimi qüvvələri cümə axşamı gecə Bəhreynin müxtəlif bölgələri, o cümlədən Səmahic, əl-Müsəlla, Cədd Həfəs, Sətrədə aksiya keçirən vətəndaşlara hücum edib, ən azı 8 nəfəri güllə ilə yaralayıb və onlarla bəhreynlini həbs ediblər.Ərəbistanın tanınmış ruhanisi Şeyx Nəmər Baqir əl-Nəmər və siyasi məhbusların dəstəklənməsi istiqamətində ötən gecə keçirilən aksiyalarda bəhreynlilər Ali-Xəlifə və Ali-Səud rejimlərinin devrilmələrini istəyiblər.Habelə Ali-Xəlifə rejimi qüvvələri Sətrə Vadiyan məhəllələrinə hücum edərək zəhərli qazlar və gözyaşardıcıvasitələrdən istifadə ediblər.Bəhreynli etirazçılar bu gün müxtəlif bölgələrdə dinc etiraz aksiyaları keçirəcəklərini bildiriblər.