14 mart 2012 - 20:30

Seyid Həsən Nasrallah və Musa Əbu Mərzuq Suriya barəsində iki tərəfli görüşlər keçirtdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Hizbullah Baş Katibi Seyid Həsən Nasrallah, Həmasın Siyasi Büro Başçı Köməkçisi Musa Əbu Mərzuq başçılığı altında olan Həmas heyətiylə bölgə və beynəlxalq aləmdə baş verən son hadisələr barəsində toplantı keçirtdi.

Livanda nəşr olunan Səfir Qəzetinin xəbərinə görə görüşmədə “İxvanul Müslimin”in İran İslam Respublikası və Hizbullahla olan əlaqələrindən, Suriya, Qəzzə və Ərəb dünyasında baş verən son hadisələrlə bağlı müzakirələr olub.

Qəzetin istinad etdiyi mənbələrə görə Hizbullah və Həmas İslami hərəkətlərin inkişafına maneə törədən qərbin davamlı səylərinə qarşı mübarizə aparmaq, Suriyada yaşanan problemlərin həlli üçün ortaq bir proyekt çərçivəsində hərəkət etmələri qərara alınıb.

Xəbərin davamında deyilir: "Həmas və Hizbullah, Suriyadakı böhranın sülh yolu ilə çözüləməyəcəyi, siyasi islahatların həyata keçirilməsindən əlavə başqa bir planın olmadığı təqdirdə Suriyadakı böhranın İran ilə Çin tərəfindən də dəstəklənilən Rusiyanın hazırladığı proqram əsasında həll ola biləcəyi haqqda ortaq qərara gəlib."

Görüşdə, siyasi həllin tətbiq olunması üçün sükunətin təmin edilməsinin zəruri olduğu vurğulanarkən Seyyid Həsən Nəsrullah, Həmas heyətinə deyib: "Suriya liderliyi, real həllər təqdim etmək, siyasi həllə hazır olan və xaricdən maliləşməyən milli mənafeni qoruyan müxalifətlə razılaşmaya hazırdır. Livandakı Taif Anlaşmasında olduğu kimi siyasi bir müqavilənin təmin edilməsi üçün çalışmaq lazımdır."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır