Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Belçikanın paytaxtı Brüsseldə yerləşən İmam Rıza (əleyhis salam) adına Məscidə MASON təşkilatının təhriki ilə bir qrup terrorçular vəhşicəsinə yürüş etmiş və nəticədə Məscidin İmam Camaatı Höccətul İslam “Şeyx Abdullah Dehdəvi” şəhid, bir sıra namaz qılan inanclılar isə müxtəlif dərəcəli xəsarət almışlar.
Əhli-Beyt Dünya Assambleyası bu mənfur hadisəni kəskin sürətdə məhkum edir. Və Avropa rəsmilərindən bütün avropalı vətəndaşların canların, malların və hüquqların qoruduqları kimi bu ölkəyə mühacirət etmiş sair xalqların da hüquqlarının eyni səviyyədə qorumasını və baş vermiş terror hadisəsinin səbəbkarlarını ələ keçirtməkdə misilsiz səylərindən istifadə etməsin tələb edir. Biz əminik ki, bu işdə göstərilən lazımı səylər Avropanın dünyada özünü insan haqlarının qoruyucusu kimi tanıtdırmasına gətirən ləkələrin qarşısını alacaq.
Bəyaniyyədə həmçinin bütün Əhli-Beyt (əleyhis salam) davamçılarını təmkinlıi olmağa dəvət edilir.
Bəyaniyyənin tam mətnin saytımızın ziyarətçilərinə təqdim edirik:
Bismillahir Rəhmanir Rəhim
من المؤمنین رجال صدقوا ما عاهدوا الله علیه فمنهم من قضی نحبه ومنهم من ینتظر وما بدلوا تبدیلا.
(Əhzab 23)
Bir daha Allahın Evi adlanan Məscidə ehtiramsızlıq olundu. Və bir daha Din Aliminin qanı mehrabda nahaqq yerə axıdıldı. Dünya İstikbarçılarının təhriki ilə bir qrup terrorçular vəhşicəsinə Belçikanın paytaxtı Brüsseldə yerləşən İmam Rıza (əleyhis salam) adına Məscidə yürüş etmiş və Məscidin İmam Camaatı Höccətul İslam “Şeyx Abdullah Dehdəvi” cənablarını şəhatətə çatdırmışlar.
Bu ürəy ağrıdıcı hadisə azad fikirli insanları və müsəlmanları narahat edir. Məlumdur ki, bu mənfur hadisənin təşəbbüskarları ABŞ, Səudi Ərəbistan, Sionist İsrail Rejimi və onu həyata keçirənlər isə sələfi terrorçu qruppasının üzüvləridir.
Pakistan, Əfqanistan, İraq, Belçika və sair ölkələrdə bu ürək ağrıdıcı hadisələri həyata keçirdənlər Allahdan xəbərsiz, insaniyyətdən uzaq olan alimcığazlardır. Onlar öz qöndarma fətvaları ilə nadan və dünyadan xəbərsiz, sadəlöh admaları İslam Alimlərini şəhid etməyə, Məscid və sair ibadət ocaqlarını yandırmağa təşviq və vadar edirlər. Bu gün Cinayətkarlar haqq məhkəəməsində cavab verməlidirlər. Bu alimcığazlar vəhşi və qaniçən xainlər ilə bu işddə şərikdirlər. Onların anti-bəşər hərəkıtlərinə əl atmasından hədəfləri Müsəlmanların adın ləkələmək və Avropa Müsəlmanları arasında ixtilaf salmaqdır. Bu alimcığazlar müsəlmanların avropada qeyri-İslam dinin ardıcılları ilə müsalimətamiz yaşamalarına tab gətirməyənlərdir. Hazırkı vəziyyət bütün din ardıcıllarının bir yerə vəhdətə gəlməsini tələb etdir. Lakin bu alimcığazlar isə daim bu vəhdəti pozmaqdan ötrü bütün səylərini həyata keçirdirlər.
Dünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının fəxri üzvü, Brüsseldəki İmam Rıza (əleyhis səlam) adına Məscidin İmam Camaatı Cənab “Şeyx Abdullah Dehdəvi”nin şəhid edilməsi bütün Əhli-Beyt (əleyhimus səlam) aşiqlərinin təəssüfünə səbəb oldu. Biz Dünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası olaraq bu qəmli hadisə ilə bağlı ilık növbədə İmam Məhdi (Allah onun zühurun tezləşdirsin) cənablarına, bütün dünya Müsəlmanlarına xüsusi ilə də Belçika müsəlmanlarına, İmam Rıza (əleyhis səlam) adına Məscidin İcmasına və məruhumun ailə üzüvlərinə dərin başsağlığı verir və Allahdan onlara səbir diləyirik.
Şəhid “Şeyx Abdullah Dehdəvi” cənabları öz bərəkətli ömrünü İslam və Müsəlmanlara xidmət etməydə keçirtmiş və sonda qəlbi ölmüş cahil insanlar tərəfindən namərdcəsinə qətlə yetirilmişdir. Bu nadan İnsanlar digərlərin qanın nahaqq yerə tökməyi özlərinə savab bilirlər.
Xatırladaq ki, Avropada yaşayan Müsəlmanların canların qoruyub hüquqlarının bərpa edilməsi bu ölkədə yaşayan yerli vətəndaşların canların və hüquqların qorunması kimi Avropa Birliyinin rəsmilərinin öhdəsindədir. Biz Avropa Birliyindən bu cinayət hadisəsinin iştirakçılarını tezliklə ələ keçirdib haqq məhkəməsində mühakimə etməsini tələb edirik. Avropa rəsmilərinin bu işi görməsi ölkədə hərc-mərcliyin qarşısını almaqda böyük köməkliy edəcək. Və dünya xalqlarının zehnində yaşayan Azad Avropa dünyasına ləkə gətirməyin qarşısın alacaq.
Dünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası bu dəhşətli hadisəni kəskin sürətdə məhkum edir və bütün Əhli-Beyt (əleyhis salam) davamçılarını təmkinli olmağa çağırır. Heç kim bu şəhid alimin intiqamın almaqdan ötrü kiminsə hüquqlarını tapdalamamalıdır. Bu ürək ağrıdıcı hadisə mütləq qanuni yolla, adiyyatlı orqanlar tərəfindən axtarılaraq həll olunmalıdır.
Sonda bu əziz İslam Aliminin Allah Təala tərəfindən bağışlanmasın tələb edir yaxınlarına xüsusi ilə də ailə üzüvlərinə dözümlülük və səbirli olmağı arzu edirik. Biz ümüd edirk ki, “Şeyx Abdullah Dehdəvi” cənablarının şəhadəti avropa Müsəlmanları arasında ələlxüsus Belçika müsəlmanları arasında vəhdətin güclənməsinə və bəsirətin artmasına səbəb olsun.
Vəssəlamu Əleykum Və Rəhmətullahi Və Bərəkatuh.
Dünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır