4 fevral 2012 - 20:30

Muhəmməd Əmr ABŞ rejimin Misirin daxili işlərinə dəxalət etməkdə günahlandı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Muhəmməd Əmr Qahirədə keçirilən müxbirlərlə görüşündə Hilari Klintonun açıqlamasına cavab verdi.

Muhəmməd Əmr açıqlamasında ABŞ rejimin Misirin daxili işlərinə dəxalət etməkdə günahlandıraraq dedi: “Misir höküməti heç kimə öz daxili işlərinə dəxalət etmək icazəsin verməyəcək”.

O, sözünün davamında bildirdi: “Biz hər hansı bir xarici dövlətin ölkəmizin daxili işləri barəsində verdiyi bəyaniyyələrə aydın cavab verməsini tələb edirik”.

Xatırladaq ki, Hilari Klinton keçən həftənin bazar ertəsi günü etdiyi çıxışında Misir dövlətinin yeni rəsmilərini küçələrdə və siyasətdə qadınlar ilə kobud rəftar etməkdə suçlayaraq demişdir: “Misirin İnqilabçı rəsmiləri sistematik olaraq qadınlar ilə pis rəftar edir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır