12 dekabr 2011 - 20:30

"Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Bir müddət əvvəl KİV-lərdə belə bir məlumat getmişdi ki, guya Ayətullah Sistani vəsiyyətində buyurub ki, məni Anam Zəhra (s.ə) kimi səsiz-səmirsiz torpağa tapşırarsız.

İndi isə məlum olub ki, sən demə, bu həqiqətə uyğun olmayan xəbəri yayan adam heç Ayətullah Sistaninin Yeni Zelandiyadakı nümayəndəsi də deyilmiş.

Belə ki, mərceyi-təqlid Ayətullah Sistaninin Nəcəf şəhərindəki dəftərxanasından verilən məlumata görə, bu xəbər dezinformasiyadır.

"Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil", - deyə dəftərxanadan açıqlanan bəyanatda deyilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır