28 noyabr 2011 - 20:30

Abgül Süleymanov və jurnalist Ramin Bayramovun qayınatası olan Hacı Möhsün Novruzov həbs olunub. Bülbülə ağsaqqallar şurasının üzvü olan Hacı Möhsün 2 il müddətinə azadlıqdan məhrum edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Yaxınlarının verdiyi məlumata görə, Möhsün Novruzov dolanışıq üçün işlətdiyi daş sexində vergi müfəttişləri yoxlama aparıblar. Onlar vergidən yayınma halları müşahidə ediblər. 3500 cərimə ödəməsinə baxmayaraq Hacı həbs edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Novruzov 2 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasının hökmündən verilən apellyasiya şikayəti isə baxılması üçün hakim Həsən Əhmədovun icraatına verilib.

İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə təqsirləndirilib.

Qeyd edək ki, Hacı Möhsün Novruzov, MTN tərəfindən həbs olunan və hazırda MTN təcridxanasında saxlanılan jurnalist Ramin Bayramov və ruhani Abgül Süleymanovun qayınatasdır. Hər üç ailə başçısının həbs olunması onalrın ailəsini çətinliklərlə üzləşdirib. Həmiçinin həbsinin siyasi xarakter daşıdığı düşünülür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır