22 noyabr 2011 - 20:30

Bavər-373 sistemi S-300 raketi ilə eyni qüdrətə malikdir.

Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: İran İslam Respublikası qoşunlarının Xatəmül Ənbiya (s) havadan müdafiə qərargahının komandanı deyib: Bavər-373 tipli havadan müdafiə sistemi bu qərargaha daxil olub.

General-mayor Fərzad İsmaili dünən Saminəl Hücəc hava manevrinin son günündə deyib: Bavər-373 sistemi S-300 raketi ilə eyni qüdrətə malikdir.

General-mayor daha sonra deyib: İran İslam Respublikası S-300 raketi barədə düşünmür və Bavər-373 bəlkə də ondan daha qüdrətlidir.

Fərzad İsmaili həmçinin deyib: Havadan müdafiə İranın müdafiə sistemində ön cəbhədə dayanır və vətəni ehtimali hücumlardan müdafiə edir.

4 günlük Saminəl Hücəc (ə) manevri İranın şimal-şərqində İslam İnqilabı Pasdarlar Korpusu, İran ordusunun təhlükəsizlik qüvvələri, polisi və təlim görmüş qruplarının iştirakı ilə keçirildi.

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır