Hicab qadağasına dair bayatı.
Əzizinəm, ay gününə,
Gün ayına, ay gününə.
Həya-arsız, hicabsız
Təhsilimin vay gününə!
Əzizinəm, yem oldu,
Quzu qurda yem oldu.
“Problemsiz ölkə”də
Hicab problem oldu.
Qaralıb tası millətin,
Silinmir pası millətin,
“Müasirlik” küləyilə
Gedir həyası millətin.
Buna görə dəyərsizik,
Hicabsızıq-hünərsizik,
Dildə “Əbəlfəz” deyirik,
Qeyrətindən xəbərsizik
Əzizinəm sürətlilər,
Cürətsizdi sürətlilər.
Qeyrətimiz yoxa çıxır,
Həbsə düşür qeyrətlilər
Hamı özun modern edir,
İnsana bu təsir edir,
Quranın hicab ayəsin
Hicabsızlar təfsir edir.
Çarəsizik biz hamımız,
Hədəfdədir inamımız,
Ya Rəbb, məgər yetişməyib,
Zühur edə imamımız?