Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İsrailin xarici işlər naziri Avigdor Libermann bir daha bildirib ki, əgər BMT-nin təhlükəsizlik şurası Fələstini müstəqil dövlət kimi tanısa, bunun ciddi aqibəti olacaq.
Misir və İspaniyadan olan diplomatlar isə bundan əvvəl Fələstinin təklifini dəstəkləyiblər.
İspaniyanın xarici işlər naziri Trinidad Jimenez 2 dövlət və sülh danışıqlarının İsrail-Fələstin münaqişəsinin həllində ən yaxşı alternativ olduğunu deyir.
Sentyabrın 26-da BMT-nin Təhlükəsizlik Şurasında BMT-yə tamhüquqlu üzvlüklə bağlı Fələstinin təklifinə baxılacaq.
ABŞ artıq təhlükəsizlik şurasında veto qoymaq hüququndan istifadə edəcəyini deyib.
Yaxın Şərq sülh prosesinə vasitəçilik edən ABŞ, Avropa Birliyi, BMT və Rusiya tərəfləri 1 ay ərzində birbaşa danışıqları bərpa etməyə çağırıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır