Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Qəzzafinin müxaliflərin ələ keçirdiyi paytaxt Trablusdakı qərargahının yaxınlığında insident yaranıb.
Müxaliflərin sözcüsü Məhəmməd Əbdürrəhman, bu səhər Bab-ül Əziziyədən çıxan tankların atəş açdığını deyib.
Əbdürrəhman, Qəzzafi iqtidarda olduğu müddətdə özünə bağlı hərbi güclərin təhlükə təşkil etdiyini də ifadə edib.
Tripolinin müxaliflər tərəfindən ələ keçirilməsindən sonra bütün Misratada xalq küçələrə çıxaraq bu günü qeyd edirlər.
Üsyançıların nümayəndəsi bildirib ki, Tripolinin 80 faizi, o cümlədən şəhərin mərkəzi hissəsi onların nəzarəti altındadır. Qəzzafinin yeri isə bilinmir. Qəzzafi rejiminin nümayəndəsi Musa İbrahim deyib ki, paytaxta hücum zamanı hər iki tərəfdən 1300-dən artıq adam ölüb. O deyib ki, tökülən qanlara görə NATO məsuliyyət daşıyır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır