Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Görünməmiş bir hadisədə Pakistan ordusunun qərargahına girməyə çalışan silahlı şəxs üç əsgəri yaraladıqdan sonra hücumçu atışmada öldürüldü.
Hadisə bu gün Pakistanın paytaxtı İslamabadın yaxınlığındakı Ravalpindi şəhərində baş verib. Silahlı şəxs ordu qərargahına girməyə çalışıb.
Xəbər mənbələri hücumçunun öldürüldüyünü və atışmada üç əsgərin də yaralandığını bildirib.
Məhəmməd Hüseyn kimi tanınan hücumçu Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Xayber rayonundan idi.
Sizin rəyiniz