8 avqust 2026 - 10:40
İslam əleyhinə mövqeyi ilə tanınan cuhud əsilli ingilis jurnalisti cəhənnəmə vasil oldu

Britaniyanın problemli köşə yazarı Rod Liddle 66 yaşında cəhənnəmə vail oldu. O, uzun illər yazıları vasitəsilə islamofobiyanı, irqçiliyi və əxlaqi normalara zidd fikirləri təbliğ etməsi ilə tanınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniyanın problemli köşə yazarı Rod Liddle qısa müddət davam edən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişərək gəbərib. O, onilliklər ərzində Britaniyanın əsas media orqanlarında İslam əleyhinə, irqçi və əxlaqa zidd fikirlər yayması ilə tanınıb.

Liddle uzun illər “Sunday Times”, “The Sun” və “The Spectator” kimi nəşrlərdə çalışıb. Bir çoxları onu Britaniyanın milli mətbuatında müsəlmanlara qarşı düşmən münasibətin “normallaşdırılmasında” əsas rol oynayan şəxslərdən biri hesab edirlər. Onun jurnalist fəaliyyəti İslam dəyərlərinə, miqrantlara və etnik azlıqlara qarşı ardıcıl hücumlarla yadda qalıb.

İslamofobiya ilə dolu fəaliyyət

Rod Liddle media tribunasından dəfələrlə İslama və müsəlman icmalarına qarşı hücumlar edib.

Onun ən çox müzakirə olunan mövqelərindən biri 2019-cu il ümumi seçkiləri zamanı səsləndirdiyi təklif idi. O, seçki gününün Fitr bayramı ilə eyni vaxta salınmasını təklif etmişdi ki, müsəlmanların seçkilərdə iştirakının azalması nəticəsində Leyboristlər Partiyasının səsləri aşağı düşsün. Bu təklif müxtəlif siyasi dairələrdə geniş etiraz və qınaqla qarşılanmışdı.

2018-ci ildə isə Liddle yazılarından birində islamçı intiharçıların bombalarını “başqalarının yaşadığı” ərazilərdə deyil, müsəlman əhalinin çoxluq təşkil etdiyi Şərqi Londonun Tower Hamlets rayonunda partlatmalı olduqlarını yazmışdı. Bu fikirlər rayonun meri tərəfindən sərt şəkildə tənqid edilmiş və “irqçi” və “zəhərli” adlandırılmışdı.

Liddle islamofobiya ittihamlarını daim rədd etməyə çalışsa da, tənqidçilər onun yazılarının Britaniyanın ən böyük dini azlığına qarşı düşmən münasibətin güclənməsinə birbaşa töhfə verdiyini bildirirdilər.

İrqçi fikirlərə görə də tənqid olunub

İslamofobik mövqeləri ilə yanaşı, Liddle qaradərili icmaya və digər etnik azlıqlara qarşı irqçi ifadələrinə görə də dəfələrlə tənqid olunub.

2019-cu ildə BBC-nin “Newsnight” proqramında yayımlanan mübahisəli müsahibə zamanı aparıcı Emily Maitlis onu ardıcıl həftələr ərzində “dolayı və davamlı irqçilikdə” ittiham etmişdi.

Uşaqların istismarı ilə bağlı əxlaqa zidd ifadələr

Liddle-in fəaliyyətinin digər mübahisəli tərəflərindən biri uşaqlarla bağlı həssas və əxlaqa zidd mövzulara toxunması idi.

O, bəzi məqalələrində uşaq pornoqrafiyasına baxmağın cinayət hesab edilməsini şübhə altına alaraq bunun uşaqların qorunmasına təsir etmədiyini iddia etmişdi.

Həmçinin uşaq istismarı ilə bağlı ictimai narahatlığın həddindən artıq olduğunu və bunun böyüklərin uşaqlarla ünsiyyətini çətinləşdirdiyini bildirmişdi. O, hətta müəllim ola bilməyəcəyini, çünki yeniyetmə qızlara qarşı cinsi meyllər hiss etdiyini söylədiyi uyğun olmayan bir açıqlama da vermişdi.

Nifrət mirası

Rod Liddle jurnalist fəaliyyətinə BBC-də başlayıb. Sonradan ifrat mövqeləri ətrafında yaranan qalmaqallardan sonra çap mediasına keçib və ömrünün sonuna qədər təxribat xarakterli mövqelərini qoruyub.

Britaniyanın əsas media qurumlarındakı bəzi həmkarları onu “iti zəkalı” jurnalist kimi qiymətləndirsələr də, Britaniyanın müsəlman icması üçün onun mirası uzun illər ərzində nifrətin normallaşdırılması, reallığın təhrif edilməsi və ictimai məkanda islamofobiyanın təşviqindən başqa bir şey deyil.

Sizin rəyiniz

You are replying to: .
captcha