18 avqust 2011 - 19:30

Ərdoğan Somalidə Beynəlxalq Qızıl Xaç Komitəsinin düşərgəsində ərzaq paylayıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, onu müşayiət edən həyat yoldaşı və hökümət üzvləri Somalidə Beynəlxalq Qızıl Xaç Komitəsinin düşərgəsində aclıqdan əziyyət çəkənlərə ərzaq paylayıblar.

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, dünən uşağı ölən bir anaya başsağlığı verən Ərdoğan içməli su probleminin həlli ilə bağlı təlimat verib.

R.T.Ərdoğanın "Türk Qızılay"ı tərəfindən yaradılan qaçqın düşərgəsi və Səhiyyə Nazirliyi tərəfindən qurulan xəstəxananın açılışında iştirakı nəzərdə tutulub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır