Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Beynəlxalq Quran Sərgisinin Hicab və Həya bölməsinin müdiri Səid Abbasi təhsildən məhrum edilmiş hicablı qızlar üçün təhsil burslarının nəzərdə tutulmasından xəbər verərək, deyib: Azərbaycan Respublikasında təhsildən məhrum edilmiş hicablı qızları müdafiə pavilyonu da Hicab və İffəti Müdafiə bölməsinin bu istiqamətdə atdığı digər addımlardandır.
Səid Abbasi əlavə edib: İslami hicaba malik olanları himayə proqramı Beynəlxalq Quran Sərgisinin Hicab və İffəti Himayə bölməsində icra olunmaqdadır. Bu pavilyonda hicabla bağlı müxtəlif kitab və CD-lər nümayiş etdirilir.
O, sonda deyib: Bu pavilyonda Hicab və İffət mövzusu ilə bağlı uşaq rəsmləri bölməsi də fəaliyyət göstərir ki, sonda iştirakçılara hədiyyələr veriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır