Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın 17 yaşadək oğlanlardan ibarət voleybol komandası final görüşündə Fransanı məğlub edərək ardıcıl yeddinci qələbəsini qazanaraq dünya çempionu oldu.
İranın yeniyetmə voleybolçuları qarşılaşmanın üçüncü setində 25:22 hesabı ilə rəqibə məğlub oldular. Lakin birinci, ikinci və dördüncü setlərdə müvafiq olaraq 25:18, 25:15 və 25:12 hesabları ilə qalib gələrək bu böyük mübarizədə zəfər qazandılar.
Sizin rəyiniz