Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Sepahe Bədr Təşkilatının baş katibi silahların tənzimlənməsi və dövlətin əlində cəmləşdirilməsi üçün milli suverenliyin tam təmin olunmasını şərt hesab edib.
İraqın Sepahe Bədr Təşkilatının baş katibi Hadi əl-Amiri vurğulayıb: “İraqın təhlükəsizliyi və silah məsələsi Konstitusiya və digər qanunların himayəsi altında olan daxili məsələdir.”
O əlavə edib: “Bəzi şəxslər İraqda silahların dövlətin əlində cəmləşdirilməsi ilə bağlı qərardan sui-istifadə etmək və ondan batil məqsədlərinə nail olmaq üçün bir vasitə kimi istifadə etmək istəyirlər.”
Əl-Amiri vurğulayıb: “Müqavimət milli suverenliyin tam təmin olunması şərti ilə silahların tənzimlənməsinə və dövlətin əlində cəmləşdirilməsinə inanır.”
Sizin rəyiniz