Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinə toxunaraq bildirib ki, Moskva İran və digər maraqlı ölkələrlə birlikdə beynəlxalq münasibətlərdən sanksiya təzyiqlərinin aradan qaldırılması üçün çalışacaq.
Zaxarova ABŞ-nin İrana qarşı ikinci dərəcəli sanksiyaları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: “Rusiya BMT Nizamnaməsinə zidd olan birtərəfli, qanunsuz və məcburedici tədbirlərin tətbiqi praktikasını qətiyyətlə rədd edir.”
O əlavə edib: “Biz bu qanunsuz tədbirə qarşı mübarizə aparmaq üçün iranlı həmkarlarımız və digər maraqlı ölkələrlə koordinasiya edəcəyik və həmfikir ölkələrlə birlikdə sanksiya təzyiqlərinin beynəlxalq sistemdən aradan qaldırılması istiqamətində səylərimizi davam etdirəcəyik.”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: “Birtərəfli sanksiyaların qanunsuz tətbiqi çoxdan Qərb üçün arzuolunmaz olan ölkələrlə haqq-hesab çəkmək və onları cəzalandırmaq üçün real vasitəyə çevrilib.”
Sizin rəyiniz