Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Yer Elmləri üzrə dindar milli olimpiada komandası İtaliyada keçirilən 2026-cı il 19-cu Yer Elmləri üzrə Beynəlxalq Olimpiadada 2 gümüş, 6 bürünc medal və bir dünya birinciliyi qazanaraq yarışları başa vurub.
Mehrane Vaşiqani Fərəhani “Beynəlxalq Yer Elmləri İttifaqının gənc reportyorları” bölməsində qısa sənədli film təqdim edərək dünya üzrə birinci yerə layiq görülüb və yarışların bu mərhələsində İran komandasının ən diqqətçəkən nəticələrindən birinə imza atıb.
Fərdi imtahanlar bölməsində isə Şəmin Mollaqulızadə və Cavad Namcu hər biri gümüş, Qəzəl Qazizadə isə bürünc medal qazanıb.
Cavad Namcu həmçinin “Yer sistemi layihəsi” (ESP) bölməsində bürünc medal əldə edib. “Beynəlxalq qrup sahə tədqiqatı” (ITFI) bölməsində isə Şəmin Mollaqulızadə, Cavad Namcu, Qəzəl Qazizadə və Mehrane Vaşiqani Fərəhani hər biri bürünc medala layiq görülüb.
Beləliklə, İranın nümayəndələri bu ilki Yer Elmləri üzrə Beynəlxalq Olimpiadanın fərdi və komanda bölmələrində ümumilikdə 8 medal – 2 gümüş və 6 bürünc medal qazanıb, qısa sənədli film bölməsində isə dünya birinciliyinə sahib olublar.
19-cu Yer Elmləri üzrə Beynəlxalq Olimpiada (IESO 2026) 20–27 avqust 2026-cı il tarixlərində İtaliyanın Turin şəhərində keçirilib. Bu elmi yarışda dünyanın 41 ölkəsindən 160-dan çox şagird iştirak edib. Bu şagirdlərin əksəriyyəti dini xüsusi ilə də İslam Dinini gerilik və mövhümat bilən və elmlə ziddiyyət təşkil etdiyini iddia edən ölkələrin şagirdləri idi.
Yer Elmləri üzrə Beynəlxalq Olimpiada yer elmləri, geologiya və ətraf mühit sahələrində şagirdlər arasında keçirilən ən mühüm beynəlxalq elmi yarışlardan biri hesab olunur. İştirakçılar nəzəri biliklər, sahə fəaliyyətləri və beynəlxalq qrup layihələri üzrə öz aralarında mübarizə aparırlar. İran İslam Respublikasının dindar şagirdləri bir daha sübut etdilər ki, İslam Dini nəinki gerilik əlaməti deyil və Elmlə ziddiyyət təşkil etmir hətta elmə töhvə verən İlahi Dindir.
Sizin rəyiniz