15 avqust 2011 - 19:30

Sionist rejimin hərbi təyyarələrinin Qəzzəyə qarşı hücumu bir fələstinlinin şəhid olması və daha 5 nəfərin yaralanması ilə nəticələnib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bu gün səhər çağı ( 16 avqust) Sionist rejimin hərbi təyyarələri Qəzzə zolağının şərqi hissəsində olan Zeytun məntəqəsini hücuma məruz qoyublar. Hadisədə bir fələstinli şəhid olub, daha 3 nəfər də yaralanıb.

Həmçinin Sionist rejimin hərbi təyyarələrinin Fələstinin digər məntəqələrinə qarşı həyata keçirdikləri ayrı-ayrı əməliyyatlar zamanı daha iki fələstinli yaralanıb.

Bu məlumata əsasən, rejimin hərbi təyyarələri başqa bir əməliyyatda Xanyunus şəhərinin şərqi hissəsini habelə Rəfəhin Misirlə sərhəd məntəqəsi yaxınlığında olan bir tuneli hava zərbələrinə məruz qoyublar.

Qəzzədə blokada vəziyyətində yaşayan əhali özlərinin ərzaq və digər ehtiyaclı olduqları məhsulları təmin etməkdə bu tuneldən istifadə edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır