Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Suriyanın sabiq müdafiə naziri Əli Həbibin qətlə yetirildiyi barədə xəbərlərin yayılmasının ardınca o bir televiziya çıxışında həmin xəbəri təkzib edib .
Əl-Aləm telekanalının məlumatına görə Əli Həbib bildirib ki, özəl cismi şərait və xəstəlik onun fəaliyyətlərini davam etdirməsinə mane olub belə ki, neçə gün xəstəxanada qalmağa məcbur olmuşdur.
O əlavə olaraq deyib : Bəzi informasiya vasitələri Suriyaya qarşı qərəzli təbliğatlarının davamında mənin fəaliyyətlərimin dayandırılması barədə yalan iddialar irəli sürüblər ki mən bütün onları təkzib edirəm.
Dünən bəzi informasiya vasitələri Əli Həbibin ölüm xəbərini yayaraq onun meyitinin öz evində tapıldığını bildirmişdilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır