1 avqust 2011 - 19:30

Məlumata görə, bu barədə “Associated Press” İsrail televiziyasına istinadən məlumat yayıb. Hökumətdəki mənbələrdən biri qeyd edib ki, Netanyahu 1967-ci il sərhədlərinə qayıtmaqla bağlı danışıqlara hazırdır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İsrail televiziyasının verdiyi reportajda bildirilir ki, baş nazir Benyamin Netanyahu İsrailin 1967-ci sərhədlərinə qayıtması ilə bağlı fələstinlilərlə sülh danışıqları keçirilməsinə razıdır.

 

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinlə 1967-ci il sərhədlərinə qayıtmaq barədə danışıqlara başlamağa razılıq verib.

 

Məlumata görə, bu barədə “Associated Press” İsrail televiziyasına istinadən məlumat yayıb. Hökumətdəki mənbələrdən biri qeyd edib ki, Netanyahu 1967-ci il sərhədlərinə qayıtmaqla bağlı danışıqlara hazırdır, amma İsrail regionda sülhə Barak Obamanın mayda təqdim etdiyi təkliflər əsasında nail olmağı düşünür. Xatırladaq ki, Obama İsraili 1967-ci il sərhədlərinə qayıtmağa razılıq verməyə çağırıb: “ABŞ əmindir ki, danışıqlar nəticəsində iki dövlət təsis olunacaq, Fələstinin İsrail, Misir və İordaniya ilə sərhədləri müəyyənləşəcək”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır