21 iyul 2011 - 19:30

Barak Obama 120 avro cərimə olundu

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı ABŞ prezidenti Barak Obama Londonun mərkəzinə girmək üçün rüsum ödəmədiyinə görə cərimələnib.

«The Daily Mail»ın verdiyi məlumata görə, 120 avroluq cərimə Obamanı müşayiət edən kortejdəki maşınlardan birinə kəsilib.

Məlum olub ki, Obamanın İngiltərəyə səfəri zamanı London meri ona karvandakı hər avtomobilə görə 10 funt sterlinq rüsum ödənilməli olduğunu bildirib. Lakin ABŞ-ın Britaniyadakı səfirliyi bundan imtina edib. Nəticədə Ağ Ev sahibi cərimələnib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır