Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda məcburi köçkün intihar edib.
Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə, Binəqədi rayonu, A. Gəraybəyli küçəsində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında qeydə alınıb. Həmin yataqxanada məskunlaşmış məcburi köçkün, 1946-cı il təvəllüdlü Valeh Bağırov yataqxananın 5-ci mərtəbəsindən özünü atıb. Valeh Bağırov aldığı xəsarətdən dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır