17 iyul 2011 - 19:30

“Rafiq həyat yoldaşım ilə görüşürdü. Onların münasibətini hiss etdim və Rafiqi öldürdüm”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Qətlin tərəffərrüatları barədə məlumat əldə etdik. Polis İdarəsindən verilən məlumata görə, qətli törədən Miryəhya Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, dindirmə zamanı Rafiq Yəhyayevi qısqanclıq zəminində öldürdüyünü etiraf edib: “Rafiq həyat yoldaşım ilə görüşürdü. Onların münasibətini hiss etdim və Rafiqi öldürdüm”.

Hər iki şəxs ailəlidir. Miryəhya heyfini çıxmaq üçün Rafiqə 10-dan artıq bıçaq zərbəsi vurub. 

Salyan rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan ötən gecə 38 yaşlı Rafiq Yahyayev amansızlıqla qətlə yetirilib.

Mərhumun qısqanclıq zəminində tanışı tərəfindən öldürüldüyü bildirilsə də, onun adı açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır