13 iyul 2011 - 19:30

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Moskvanın hüquq mühafizə orqanları 3 Azərbaycan vətəndaşına travmatik tapançadan atəş açmış şəxsi axtarır.

RİA «Novosti» inin verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. «Mübahisə nəticəsində naməlum şəxs 3 nəfərə tərəf atəş açıb və aradan çıxıb», - deyə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır