Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ağsu rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, yol qəzası Ağsu-Kürdəmir yolunun 6-cı kilometrliyində qeydə alınıb.
Muradlı kənd sakini Xəqani Mustafayevın idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Ağdaş rayon sakini Sabir İsrafilovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub.
Nəticədə Xəqani Mustafayev hadisə yerində ölüb. Minik maşınında olan Ağsu rayon sakini 21 yaşlı Vüsal Mustafayev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır