Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Müstəqil Mübariz Ruhanilər Cəmiyyəti bu gün Azərbaycanda baş vermiş polis vandalizmin məhkum edərək bəyanat Verdi. Bəyanatı sizing nəzərinizə çatdırırıq:
Azərbaycan Müstəqil Mübariz Ruhanilər Cəmiyyəti bu gün səhər təhsil nazirliyinin qarşısında dindarların aksiyalarını dəstəkləyir və hakimiyyəti insanların konstitusiya hüquqlarını təmin etməyə çağırır. İslam-Azəri.az-nın xüsusi müxbirinin hadisə yerindən xəbər verdiyi kimi səhər saat 11.00 radələrində Təhsil Nazirliyinin qarşısında aksiya keçirən dindarlara vəhşicəsinə divan tutulub. Onlarla kişi, qadın döyülüb, 100-ə qədər insan həbs edilib. İslam mətbuatı əməkdaşları hadisə yerindən xəbər verib ki, hadisə yerinə cəlb edilmiş polis qüvvələri dandarlara qarşı amansızlıq göstərdi, kişi, qadın demədən hamısını döyməyə, həbs etməyə başladılar. Tutulanların arasında qadınlar da var.
Aksiyada 1000-dən artıq insan iştirak edib. Polis onların bir hissəsini saxlayaraq polis bölmələrinə daşısa da, yerdə qalanlar inadla aksiyanı davam etdiriblər.
Əziz müsəlman Azərbaycan xalqı, əziz ruhanilər, əziz dindaşlar! Hakimiyyət sübut etdi ki, onun düşmənçiliyi İran, Türkiyə, Ərəbistandakı dini təşkilatlarla yox, birbaşa Quran və Allah hökmləri ilədir. Hicab nə qərbin, nə şərqin malıdır. Bu yolda canından, malından, rahatlığından, yuxusundan keçən ədalətsevər insanlara təşəkkür edir, onları bu müqəddəs mübarizəni davam etdirməyə çağırırıq. MRC-nin Bakı nümayəndəliyi hadisələri izləyir və aksiyada zərər çəkənlərə və tutulanlara ictimai dəstəyin cəlb olunmasında lazımi tədbirləri görəcək.
Müstəqil Mübariz Ruhanilər Cəmiyyəti
Mətbuat xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır