Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: HHQM MK Azərbaycanda baş vermiş islamafobiyaya qarşı etiraz olaraq bəyanat verdi. Bəyanatı nəzərinizə çatdırırıq:
06 may, 2011-ci il tarixində səhər 11 radələrində Təhsil Nazirliyinin qarşısında hicab qadağasına qarşı izdihamlı aksiya keçirilib. Aksiyaya minədək dindar gənc, qadın, qoca qatılıb. Aksiyada Hicab Qadağasının ləğvi, Misir Mərdanova istefa tələb edilib. Polis aksiya keçirən dindarlara divan tutub. 100-dən artıq dindar vəhşicəsinə döyülərək həbs edilib.
"Yeni Müsavat" əməkdaşları Zülfiyyə Sakitqızının sözlərinə görə, dindarlar Təhsil Nazirliyinin qarşısında "Hicaba azadlıq" şüarı ilə aksiya keçirmək istəyirdilər: "Ancaq hadisə yerinə cəlb edilmiş polis qüvvələri onlara qarşı amansızlıq göstərdi, kişi, qadın demədən hamısını döyməyə, həbs etməyə başladılar. Tutulanların arasında qadınlar da var. Jurnalistlərlə də kobud davrandılar".
Bəli, budur rejimin Xalqın etirazlarına cavabı! Budur korrupsiyaya uğramış rejimin siyasəti! Budur Avropa qarşısında götürülmüş öhdəliklərin icrası!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi hakimiyyətin dinc aksiyaçılara qarşı vəhşi davranışını pisləyir və beynəlxalq miqyasda aksiyaya qarşı kobudluğu işıqlandıraçağını öhdəsinə alır.
1000-ə yaxın dinc aksiyaçıya qarşı 50 polis maşını gətirilməsi Hakimiyyətin Hicab məsələsində kinli qaldığını və hər hansı güzəştə getməyəcəyini göstərir.
Bütün Azərbaycan xalqından, aksiya iştirakçılarından xahiş edirik ki, aksiyalar və onun nəticələri ilə bağlı şikayətlərini HHQM MK-nın mətbuat xidmətinə çatdırsınlar.
HHQ MK-nın mətbuat xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır