Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın beynəlxalq nəşri olan «Moskovskie novosti» qəzetində ərəb inqilabları və bu inqilabların sirayət edə biləcəyi ünvanlarla bağlı geneiş analitik material dərc edilib – yazır Pia.
Məqalədə deyilir: «Ərəb küçələrində baş verənlərin təsiri ilə silkələnə biləcək ölkələr bunlardır: Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan».
Məqalə müəllifi olan Rusiyanın tanınmış siyasi analitiki Arkadiy Dubnov bildirir ki, hər kəs bu gün «ərəb küçəsindəki dəstgahın» davamının olacağını və harada olacağını maraq etməkdədir: «Davamı mütləq olacaq. Və bu əsnada ilk yerdə gələni Azərbaycan və Orta Asiya ölkələridir. Çünki həmin ölkələrdə hakim olan Ən yaxşı halda avtoritar, əslində isə totalitar rejimlər uzun illər ərzində öz xalqlarına korrupsiya və məmur özbaşınalığı hesabına yalnız aclıq, köləlik, problemlər və bədbəxtliklər bəxş ediblər».
«Əgər Liviya hadisələrinə qədər misir-tunis olaylarının Azərbaycan və Orta Asiya ölkələrində təkrarlanma ehtimallarının faiz dərəcələrindən danışılırdısa, indii bu ölkələrin hakimiyyətləri daha təhlükəli aqibətlər barədə düşünməlidirlər» deyən məqalə müəllifi iddia edir ki, Liviya olaylarına BMT-nin Təhlükəsizlik Şurasının müdaxiləsi bundan sonrakı hədəf ölkələrdəki proseslərə də eyni təsir rıçaqlarından istifadəni mümkün edir. Yəni artıq yeni bir ənənə formalaşıb: «Zəif düşürülmüş müxalifətə hərbi dəstək».
Məqalə müəllifi iddia edir ki, Azərbaycan digər keçmiş sovet-müsəlman ölkələri ilə müqayisədə inqilaba daha açıq ölkədir: «İslamçılar bu ölkədə daha fəaldırlar və onların bir çağırışı ilə küçələrə yüz minlər axışa bilər».
«Müşahidələr də təsdiqləyir ki, Azərbaycanda əsas sosial sifariş yerli hakimiyyətin təqdim etdiyi iedologiyaya alternativin təklif olunmasındadır» deyən müəllifin sözlərinə görə, bu baxımdan siyasi müxalifətlə müqayisədə islamçılar daha şanslıdırlar: «Çünki ortaya konkret ideologiya qoyurlar - İslam ideologiyası».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır