İraq işğalının başlamasından bir il əvvəl, dünyanın böyük neft şirkətləriylə ingilis hökuməti arasında İraqın nəhəng neft ehtiyatları üzərində müzakirələr aparıldığı bildirilir
"İndependent" qəzetinə bu barədə yazır ki, görüşlərin detallarını ortaya çıxaran mindən çox sənəd, neft mütəxəssisi Greg Muttitt tərəfindən beş illik bir müddət ərzində əldə edilib. Muttitt, sənədlərin əldə edilməsinə Məlumat Azadlığı Qanunu ilə nail olub. Sənədlər, 2002-ci ilin sonunda, dövlət məmurları və nazirlərlə BP və Shell arasında keçirilən ən azı beş görüş haqqında məlumat ehtiva edir.
Sənədlər, İraq işğalında ABŞ-la birlikdə qabaqcıl rol boynuna götürən İngiltərənin rolu üzərində yeni sual işarələri yaradıb, ancaq İngiltərənin İraq müharibəsindəki rolunu araşdıran Chilcot İstintaqı müfəttişlərinə təqdim edilməyib.
Neft nəhəngi Shell, müharibənin başlamasından bir neçə gün əvvəl, 2003-cü ilin martında, İraq nefti üçün İngiltərə hökumətiylə görüşdüyü iddialarını rədd etmişdi. İngiltərənin neft nəhəngi BP də, İraqda "strateji hədəfləri" olduğunu rədd etmiş, baş nazir Tony Blair isə "neft sui-qəsdi nəzəriyyəsini axmaq hesab etdiyini", - söyləmişdi. Ancaq 2002-ci ilin oktyabr-noyabr aylarında sənədlər bu şərhlərin tam əksini ortaya çıxardı.
İQTİSADİYYAT NAZİRİ: İNGİLİS ŞİRKƏTLƏRİNƏ PAY VERİLSİN
Sənədlərə görə, 2003-cü ildəki işğaldan beş ay əvvəl, dövrün Sənaye və Ticarət naziri Barones Symons, Blairin İraqda rejim dəyişikliyi istəyən ABŞ-ın planlarına verdiyi dəstək üçün, İngiltərənin enerji şirkətlərinə İraqın nəhəng neft və təbii qaz ehtiyatlarından pay verilməsi lazım olduğuna inandığını bildirib.
Sənədlər, Symonsun, BP adına dövrün ABŞ prezidenti Corc W.Buş hökuməti tərkibində lobbi fəaliyyətləri apardığına işarə edir. Çünki o dövrdə BP, Vaşinqtonun Fransa və Rusiya hökumətləriylə və bu ölkələrdəki neft şirkətləriylə əl altından etdiyi danışıqlardan kınarda qalmaqdan qorxurdu.
İRAQdakı FÜRSƏTLƏR
Xarici İşlər Nazirliyi 6 noyabr 2002-ci il tarixində BP-ni İraqdakı "rejim dəyişikliyi sonrakı müddət"də ortaya çıxacaq fürsətlər haqqında müzakirəyə çağırdı. Sənədlərdə, "İraqın çox böyük bir neft potensialı var. BP bu bazara girməyi çox istəyir və siyasi razılaşmalar üzündən bu fürsəti qaçıracağından narahatlıq keçirir", - ifadəsi işlədilir.
Sənədlərə görə, 2002-ci ilin oktyabrında keçirilən bir başqa görüşdə, dövrün Xarici İşlər Nazirliyi Orta Şərq nümayəndəsi Edward Chaplin, "BP və Shell, uzunmüddətli mənfəətləri məzmununda İraqda pay sahibi olmama riskini qəbul edə bilməz. Səddamdan sonrakı İraqda, ingilis şirkətləri üçün ədalətli bir pay əldə etmək mövzusunda qərarlıyıq", - deyə, bildirir.
BP, İraqda "heç bir strateji mənfəəti olmadığı" mövzusunda israr etsə də, Xarici İşlər Nazirliyi ilə aparılan xüsusi görüşdə, "İraq uzun zamandır gördüyümüz hər şeydən daha əhəmiyyətlidir", - deyə, bəhs olunur.
FRANSIZ QORXUSU
Sənədlərdə yer alan ifadələrə görə, BP, Vaşinqtonun, fransız neft şirkəti TotalFinaElfin Səddam rejimiylə olan mövcud müqaviləsini işğaldan sonra ləğv etməməsi halında, fransız holdinqin dünyanın ən böyük neft şirkəti olacağından narahat idi.
BP səlahiyyətliləri, İngiltərə hökumətiylə keçirdikləri görüşlərdə, dünyanın ən böyük ikinci neft ehtiyatına sahib İraqda pay əldə edə bilmək üçün, şirkətin lazım olsa "risk ala biləcəyini" söyləyiblər.
İraq işğalının dərhal sonra atılan və 20 il müddətinə etibarlı olacaq imzalar, dünya neft istehsal tarixinin ən böyük neft müqavilələri idi. Bu müqavilələrlə İraqın neft ehtiyatlarının yarısı (60 milyard barrel) BP və Çin Milli Neft Şirkətinin (CNPC) yaratdığı konsorsiuma satıldı. Bu konsorsium yalnız İraqın cənubundakı Rumaila neft yataqlarından ildə 658 milyon dollar qazanc əldə edir.