Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aksiya təşkilatçıları bir sıra tələblər irəli sürüblər: hüquq mühafizə orqanları tərəfindən gənclər arasında narkomaniyanın geniş yayılması hallarının qarşısının qəti surətdə alınması üçün real addımların atılması; yüksək dövlət vəzifələrində korrupsiyaya və rüşvətxorluğa son qoyulması; gənclərin məşğulluğunun təmin olunması istiqamətində real iş yerlərinin açılması; sıfırdan başlayan kiçik sahibkarlığın inkişafına dövlət dəstəyi, əhalinin dolanışıq vəziyyətinin yaxşıladılılması üçün kənd təsərrüfatının inkişafına faizsiz, girovsuz, uzunmüddətli sudaların verilməsinin təşkili; sosial ədalətin təmin edilməsi.
Bundan başqa sakinlər neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılmasını, bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədlərinin üç dəfə artırılmasını, təbii inhisarda olan xidmətlərin qiymətinin artmayacağına təminat verilməsini tələb edirlər.
Həmçinin əhalinin içməli su və kanalizasiya xəttləri ilə təmin olunması, uşaq müəssisələrinin əsaslı təmir olunması, bərbad halda olan yolların asfaltlaşması, zibilliklərin təmizlənməsi tələb olunur.
Tələblər sırasına qaz və elektrik enerjisindən istifadə haqlarının qiymətlərinin aşağı endirilməsi, ödəmək qabiliyyəti olmayan vətəndaşların qaz və işığının kəsilməsinə son qoyulması, yığılıb qalmış borcların dövlət tərəfindən silinməsinin təmin olunması daxildir.
Sakinlər rayonda real, sosial, iqtisadi islahatların aparılmasını, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvini tələb edirlər.
Xatırladaq ki, aprelin 2-də saat 14.00-da Bakıda müxalifətin mitinqi təyin olunub
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.