Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Böyük İnqilab Rəhbəri səadətli Novruz bayramı münasibəti ilə iranlıları və Novruz əziz tutan bütün xalqları təbrik edərək , öz önəmli müraciətlərində həmçinin Bəhreyn , Yəmən və Liviyada baş alıb gedən acı hadisələrə münasibət bildiriblər. O Həzrət vurğulayıblar : Bu acı macəralar bayramın şirinliyini azaldır və biz Ulu Tanrının bu xalqların problemlərini yoluna qoymasını arzulayırıq .
Dünya müsəlmanlarının Vəliyyi-əmri müraciətlərinin digər hissəsində ötən ilki günəş ilinin adının əlavə səy və ikiqat əmək adlandırmasının səbəblərini açıqlayaraq, vurğuladılar : Ötən il İran xalqı və hökumət rəsmilərinin əməlləri xeyli məhsuldar olmuşdur və il boyunca 89-cu günəş ilinin şüarı faktiki olaraq öz yerini tapdı.
İqtisadiyyat , siyasət , elm və texnologiya, xarici siyasət kursu eləcə də hökumət tərəfindən ünvanlı subsidiyalar sahəsində atılan addımları , xalq və hökumət rəsmilərinin əlavə səy və ikiqat əmək ilindəki həssas və önəmli addımları sayan Həzrət Ayətullah əl-Üzma Xamenei vurğuladılar : Ölkənin inkişaf və tərəqqi tolunda başladığı hərəkət müsbət olub və inkişaf tempi günü-gündən sürətləndirilir.
Böyük İnqilab Rəhbəri önəmli müraciətlərinin digər hissəsində düşmənlərin embarqolarını nəticəsiz sayaraq, 1390-cu günəş ilində iqtisadi məsələləri ölkə məsələlərinin əsas cəhətləri qeyd edərək,deyiblər: Mən ölkə rəsmiləri və İran xalqından müxtəlif bölmələrdə iqtisadi sahələrdə sıçrayışlı və cihad xarakterli hərəkətə keçmələrini gəzləyirəm.
İslam İnqilabının müdrik rəhbəri habelə İran İslam R-nin inkişafının 10-cu dekadasının 3-cü ilində ədalət meydanına qədəm qoymasına işarə edərək vurğulayıblar : Hərəkətimiz elə olmalıdır ki, bu 10 ili sözün əsil mənasında inkişaf və ədalətin mərkəzləşməsinin simvolu kimi qərar verək.
Həzrət Ayətullah əl-Üzma Xamenei habelə İslam dünyasındakı son hərəkətin formalaşmasına toxunaraq, xatırladıblar : Bu hərəkət , bu 10 illiyin region üçün də inkişaf və ədalət dekadası olacağını göstərir .
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır