19 mart 2011 - 20:30

Qәzzafi rәhbәrliyinә qarşı havadan vә dәnizdәn başladılan beynәlxalq hәrbi әmәliyyata Liviya müxalifcilәri Şafaq Yolculuğ

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fransanın paytaxtı Parisdә keçirilәn fövqәladә toplantıdan sonra BMT-nin uçuşa qadağan bölgә qәrarının hәyata keçirilmәsi istiqamәtindә hәrbi әmәliyyatlara başlanıb.u adını veriblәr

Qәzzafi rәhbәrliyinә qarşı havadan vә dәnizdәn başladılan beynәlxalq hәrbi әmәliyyata Liviya müxalifcilәri Şafaq Yolculuğu adını veriblәr.Dünәn axşam ilk olaraq Fransaya mәxsus qırıcı tәyyarәlәr, ardından isә İngilis tәyyarәlәri Liviyanın hәrbi texnikasını bombardman ediblәr.Amerika vә İngiltәrәyә mәxsus hәrbi gәmilәrdәn isә 20 hәdәfә 112 Tomahawk raketi atılıb.ABŞ müdafiә nazirliyinin açıqlamasında, hücumlarda Trablusun әtrafındakı hava müdafiә sistemlәrinin vurulduğu bildirilib.Prezident Barak Obama sәfәrә getdiyi Brazilyada verdiyi açıqlamada, hәrbi müdaxilәnin son altәrnativ olduğunu vә Amerika hәrbçilәrinin Liviyanın әrazilәrinә daxil olmaq kimi planlarının olmadığını vurğulayıb.ABŞ dövlәt katibi Hillary Clinton isә Qәzzafi rәhbәrliyinin qanuni hökmünün qalmadığını deyib.Digәr tәrәfdәn ABŞ, İngiltәrә, Fransa, Kanada vә İtalyanın başlatdığı әmәliyyata qısa zamanda Әrәb ölkәlәrinin dә qatılması gözlәnilir.Liviya dövlәt televiziya kanalı, hücumlarda 48 nәfәrin hәyatını itirdiyini, 150 nәfәrin isә yaralandığını, Trablusdakı dinc hәdәflәr ilә Misrata şәhәrinin yaxınlığındakı yanacaq anbarlarının vurulduğunu bildirib.Qәddafi televiziya kanalına verdiyi bәyyanatda, әmәliyyatın Xaclı hücum olduğunu, ölkәni müdafiә üçün silah anbarlarını xalqın istifadәsinә açtıqlarını deyib.Rusiya ilә Çin әmәliyyatdan narahat olduqlarını, ölü sayısının arta bilәcәyindәn tәşviş duuyduqlarını açıqlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır